Fatma Girik 95 yaşlı anasını da səsverməyə gətirdi - Fotolar

fatma-girik-95-yasli-anasini-da-sesvermeye-getirdi
Oxunma sayı: 2748

“Yeşilçam” ulduzu Fatma Girik də seçkilərdə səs verib.

“Qafqazinfo” İHA-ya istinadən xəbər verir ki, 76 yaşlı sənətçi 95 yaşlı anası Münəvvər Girik ilə Bodrumda seçki məntəqələrindən birində səsvermədə iştirak edib.

Aktrisanın ayaqüstə dayana bilməyən yaşlı anası iki qadının köməyi ilə çətinliklə səs verib.

F. Girik “Əl-ayağımız işlədiyi müddətdə səsimizi verəcəyik. Türkiyəni gözəl günlər gözləyir. Hər şey çox yaxşı olacaq” deyə bildirib