Fatma Səttarovaya prezident təqaüdü veriləcək

fatma-settarovaya-prezident-teqaudu-verilecek
Oxunma sayı: 763

Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında ölkə başçısı İlham Əliyev sərəncam verib.

"Qafqazinfo" xəbər verir ki, sərəncamda bildirilir:

1. Azərbaycanın ictimai həyatında səmərəli fəaliyyətinə görə Fatma Hüseyn qızı Səttarovaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.