Fatmayıdə hoteldə qadın meyiti tapıldı

fatmayide-hotelde-qadin-meyiti-tapildi
Oxunma sayı: 3120

Abşeron rayonunda qadın hoteldə qətlə yetirilib.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, sentyabrın 23-də Abşeron rayonunun Fatmayı kəndi ərazisindəki hotellərin birində Ucar rayon sakini Aysel Orucovanın bıçaqla qətlə yetirilmiş meyiti tapılıb.

Qətli münaqişə zəminində törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər də qəsdən adam öldürməyə cəhdə görə məhkum olunmuş Nəriman Əliyev qısa zamanda müəyyən edilərək saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.