“Favorit market” 1 yaşını qeyd etdi - - Fotolar

favorit-market-1-yasini-qeyd-etdi-
Oxunma sayı: 3269


“Qafqazinfo”xəbər vərir ki, ad günü münasibəti ilə müştərilərə müxtəlif endirimli qiymətlər təklif edən “Favorit market”ə hər zaman olduğu kimi bu gündə müştəri axını olub.

Paytaxtın ən tanınmış və keyfiyyətli marketlərindən olan “Favorit-Market” supermarketlər şəbəkəsi ilin bütün fəsillərində daim fərqli kampaniyalar ilə müştərilərin yolunu gözləyir. Favorit marketdən alış-veriş edənlərə xüsusi favorit kartlar təqdim olunur. Bu kartlar ilə bonuslar əldə edərək hədiyyələr əldə etmək mümkündür. Marketdə qida məhsulları ilə yanaşı, ehtiyac duyulan hər şeyi rahatca əldə edə bilərsiniz. Belə ki, marketdə qida məhsulları ilə yanaşı həm də kiçik ev əşyaları, yataq dəstləri, mətbəxt avadanlıqları, oyuncaqlar, elektronik əşyalar əldə etmək mümkündür. Bir sözlə, axtardığınız hər şeyi “Favorit”dən tapa bilərsiniz.

“Favorit” marketlər şəbəkəsi balacaları da unutmayıb. Belə ki, marketin 2-ci mərtəbəsində uşaqlara ayrılmış xüsusi guşə var ki, valideynlərinin alış-verişi zamanı balacalar burada əyləncəli zaman keçirə bilərlər.

“Favorit” marketin qastronom bölməsinin baş satıcısı çalışan Əcəmi Cəmilzadə marketin özəlliyindən danışıb: “Burada gülərüz personaj, gözəl ab-hava daim mövcuddur. Marketimizin bütün işçiləri daim alıcıların bütün istəklərini həyata keçirtməkdə məmnunluq duyur.Bizim işimiz alıcıları məmnun etmək, onların istəklərini yerinə yetirməkdi”

Alıcı Məlahət Abbasova da “Favorit”in daimi müştərisi olduğunu vurğulayıb: “Mən market açılan gündən buradan alış-veriş edirəm. Başqa marketlərdə nəvəmlə gedə bilmirəm, amma bura gələrkən çox rahat oluram. Onu uşaq guşəsinə qoyaraq rahat alış veriş edirəm. Uşaq özü də bu məkanı çox sevir, çünki market rəhbərliyini onun da istəklərini yerinə yetirib. Burada qiymətlər də çox sərfəlidir. Nə axtarırsan var. Başqa marketlərə getməyə ehtiyac yoxdur.

Qeyd edək ki, Ümumi sahəsi 2400 kv.m olan supermarket şəbəkənin sayca dördüncüdür. Supermarketdə alıcılara 40-45 min çeşiddə mal təklif olunur. İnsanlar hər zaman olduğu kimi “Favorit-Market”də yüksək keyfiyyət, bol çeşid və xoş münasibətlə qarşılaşırlar. Supermarket alıcılara hər növdə qidaların təklif olunduğu bir neçə bölmədən ibarətdir. Eyni zamanda dünyanın hər yerindən gətirilmiş məhsullar, meyvə və tərəvəzlər alıcıların ixtiyarındadır. . Favorit mağazalar şəbəkəsi Bakıda 9 filialı ilə müştərilərin xidmətindədir.

“Favorit-Market” supermarketlər şəbəkəsinin Yasamal rayonu Əbdürrəhim bəy Haqverdiyev küçəsi, məhəllə 574-də yerləşən supermarketinin 1 yaşından fotoları təqdim edirik: