“Favoritlər formada deyil” - Löv

favoritler-formada-deyil
Oxunma sayı: 1193

Almaniya millisinin baş məşqçisi Yoahim Löv sabah İsveçə qarşı keçirəcəkləri oyundan danışıb. “Qafqazinfo” xəbər verir ki, təcrübəli mütəxəssis fiziki olaraq formada olduqlarını bildirib:

“Bizim əsas silahımız enerjimizdir. Meksikaya qarşı tamamilə fərqli görünürdük. Sanki özümüzə inamsız idik. Dünya çempionatı bütün favoritlərin yüksək səviyyədə olmadığını göstərdi. Lakin ruh və qüvvə burda əsas komponentlərdir. Meksika ilə oynadığımız matçın ikinci hissəsində fiziki formamızda problem görmədim. 

Əlbəttə ki, oyunda uduzmaq ağrılı idi. Biz səhv etdik. Düşünürəm ki, bu dəfə hər şey fərqli olacaq. Rəqibi təhlil etmişik. Biz burada bizi udmaq istəyən komandalarla qarşılaşırıq. Çünki Almaniya son çempiondur. İkinci dəfə ardıcıl bu uğura nail olmaq möhtəşəmdir. İndi bizim üçün asan deyil. Nələr edə biləcəyimizi meydanda göstərəcəyik”.