Fazil Məmmədov vətəndaşlarla görüşdü

fazil-memmedov-vetendaslarla-gorusdu
Oxunma sayı: 1459


Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, görüşdə Mingəçevir şəhərindən, Yevlax və Goranboy rayonlarından olan vətəndaşlar iştirak edib. Vergilərin hesablanması, ödənilməsi, nəzarət kassa aparatlarının tətbiqi, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi ödəyicilərinə göstərilən xidmətlər, kiçik sahibkarlığa güzəştli kreditlərin verilməsi, vergi orqanlarına işə qəbul və digər məsələlərlə bağlı 50-dən çox vətəndaş Vergilər nazirinə müraciət edib.

Qəbul zamanı qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunub, digərləri nəzarətə götürülüb, bir sıra məsələlərin araşdırılması və lazımi tədbirlər görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.