Fazil Məmmədov yanacaqdoldurma məntəqələrindən danışdı

fazil-memmedov-yanacaqdoldurma-menteqelerinden-danisdi
Oxunma sayı: 644

"Bu məsələlər yanacaqdoldurma məntəqələrində müxtəlif avadanlıqlardan istifadə olunması ilə bağlıdır, ona görə də proqram təminatının hazırlanması və müəyyən detalların çatdırılması tələb olunur", - nazir bildirib.

Məmmədovun sözlərinə görə, bu məsələlərin həlli bəzi Türkiyə şirkətləri ilə danışıqlardan sonra mümkün olacaq.

Bundan əvvəl Fazil Məmmədov "Azərbaycan Respublikasının yanacaqdoldurma məntəqələrində nəzarət-kassa aparatlarının tətbiqi haqqında" əmr imzalayıb.

Əmrdə 2012-ci il yanvar ayının 1-nə qədər hazırda Azərbaycan ərazisindəki yanacaqdoldurma məntəqələrində istifadədə olan nəzarət-kassa aparatlarının onların istehlakçıları tərəfindən dövlət reyestrinə daxil edilmiş, xüsusi konstruksiyalı və texniki göstəricilərə malik, o cümlədən çek verilmədən neft məhsullarının və maye qazın alıcıya satılmasını (buraxılmasını) istisna (blokirovka) edən yeni nəzarət-kassa aparatları ilə əvəz olunması və onların qeydiyyata alınması ilə bağlı bir sıra işlərin həyata keçirilməsi nəzərdə tutulur.

Yeni nəzarət-kassa aparatlarının tətbiqi ilə əlaqədar görüləcək tədbirlərin qrafiki təsdiq edilib.