Fazil Məmmədovdan yeni müşavir və direktor - Təyinatı

fazil-memmedovdan-yeni-musavir-ve-direktor
Oxunma sayı: 6513

Vergilər Nazirliyində növbəti kadr dəyişiklikləri olub.

“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, Zaur Fətizadə Vergilər Nazirliyi yanında Milli gəlirlər departamentinin, Natiq Şirinov Vergi risklərinin təhlili və nəzarəti departamentinin baş direktoru təyin olunub.

Həmçinin Zamin Rzayevə Vergi öhdəliklərinin icrasına nəzarət departamentinin, Zöhrab Ömərova isə Vergi qanunvericiliyinin icrasına nəzarət departamentinin baş direktoru vəzifəsi həvalə olunub.

Bundan başqa, Qüdrət Seyfullayev vergilər nazirinin müşaviri təyin edilib.