Fazil Mustafa AzTV və İTV-ni tənqid etdi

Fazil Mustafa AzTV və İTV-ni tənqid etdi
Oxunma sayı: 4054

Millət vəkili Fazil Mustafa dünyanın bir sıra ölkələrində olduğu kimi, Azərbaycanda da əlillərin metrodan pulsuz istifadə etməsini təklif edib. "Qafqazinfo" xəbər verir ki, millət vəkili bu təklifini parlamentin plenar iclasında "Əlil olan şəxslərin hüquqları haqqında" qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib:

"Əlillər üçün bir sıra əlavə imtiyazlar nəzərdə tutulmalıdır. Məsələn, dünyanın bəzi ölkələrində olduğu kimi, Azərbaycanda da əlillərin metrodan pulsuz istifadəsi hüququ reallaşdırılmalıdır".

Millət vəkili eyni zamanda, əlil uşaqlarla bağlı Fondun yaradılmasını təklif edib:

"Çünki elə əlil uşaqlar var ki, onların ölkə daxilində müalicəsi mümkün deyil, onlar mütləq xaricdə müalicə olunmalıdırlar. Ona görə Fond yaradılmalıdır ki, belə uşaqlara kömək edilsin, onlar müalicə üçün xaricə göndərilə bilsin".

F. Mustafa eyni zamanda AzTV və İTV-dən narazılığını bildirib:

"Təəssüf edirəm ki, dövlət büdcəsindən maliyyələşdirilməyə layiq olmayan bu televiziyalarda əlillərin maarifləndirilməsi üçün heç nə nəzərdə tutulmur. Hansı ki, bunun üçün pul ayrılır, amma heç bir iş görülmür".

Günel Türksoy


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi