Fazil Say evləndi - Fotolar

fazil-say-evlendi
Oxunma sayı: 4785

Dünya şöhrətli pianoçu Fazil Say həmkarı Ece Dağıstanla ailə qurub.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, musiqiçi 3 ildir birlikdə olduğu sevgilisi ilə İtaliyanın Milan şəhərində nikaha girib. Türkiyənin Milandakı baş konsulu Özgür Uludüzün bağladığı nikahın şahidləri cütlüyün dostları Kadir Dursun və Haldun Dəmirhisar, Esra Erlevent və Hande Yılmaz olub.

Fazillə Ece yayda Türkiyədə özlərinə toy edəcək.

Xatırladaq ki, Fazil Say 2013-cü ildə dini dəyərləri təhqir etməsi iddiası ilə 10 aylıq həbsə məhkum edilmişdi.