Fəal gənclərin yığıncağı keçirilib - Fotolar

feal-genclerin-yigincagi-kecirilib
Oxunma sayı: 840

31 yanvarda Heydər Əliyev Mərkəzində “2 fevral – Azərbaycan gəncləri günü” münasibətilə rayonun fəal gənclərinin yığıncağı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, yığıncaqda millət vəkili Aydın Hüseynov, Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov iştirak edib.

Tədbiri giriş sözü ilə açan Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi E. Abbasov Dövlət Gənclər Siyasəti istiqamətində idarənin gördüyü işlər, “2 fevral gənclər günü” münasibətilə keçirilmiş tədbirlər barədə qısa məlumat verib. 

Millət vəkili Aydın Hüseynov Azərbaycan gənclərin beynəlxalq hərəkatdakı rolundan, Azərbaycan reallıqlarını dünya ictimaiyyətinə çatdırmaq məqsədilə xaricdəki azərbaycanlı diasporaların fəaliyyətindən danışıb. Yeni Azərbaycan Partiyası Qaradağ rayon Təşkilatının Gənclər Birliyinin sədri Ramiz Yusubov dövlət orqanlarının diqqətini gənclərlə bağlı məsələlərə yönəltmək məqsədilə Prezident İlham Əliyevin həyata keçirdiyi sosial islahatlardan, o cümlədən 2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf strategiyasının, Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının qarşıya qoyduğu məsələlərdən söz açıb.

Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova iri sənaye regionuna çevrilməkdə olan Qaradağ rayonundakı quruculuq və abadlıq işlərindən, yaxın gələcəkdə reallaşacaq irimiqyaslı layihələrdən danışaraq bu istiqamətdə gənclər üçün böyük perspektivlər açıldığını söyləyib.