FED ikinci dəfə uçot dərəcəsini azaltdı

fed-ikinci-defe-ucot-derecesini-azaltdi
Oxunma sayı: 1215

ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) ardıcıl olaraq ikinci dəfə uçot dərəcəsini aşağı salıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, FED iclasdan sonra illik baza faiz dərəcəsini 1,75-2%-dək azaldıb. Əvvəlcə bu göstərici 2,-2,5% olub.

FED-in bu il uçot dərəcəsini salmaq üçün daha bir təşəbbüs göstərəcəyi istisna edilmir.