FED-in rəhbəri ola biləcək ən uğurlu namizədin adı - Açıqlandı

fed-in-rehberi-ola-bilecek-en-ugurlu-namizedin-adi
Oxunma sayı: 1051

ABŞ prezidenti Donald Trampın Federal Ehtiyatlar Sisteminə (FED) təyin edəcəyi yeni rəhbərin kim olacağı ətrafında müzakirələr səngimək bilmir.

“Qafqazinfo” xəbər verir ki, “Reuters” informasiya agentliyi bu posta FED-in İdarəetmə Şurasının üzvü Cerom Pauelun gətiriləcəyi ilə bağlı məlumat yayıb. 

Qeyd olunur ki, C. Pauel FED-in hazırkı başçısı Canet Yelleni əvəz edə biləcək ən uğurlu namizəddir.

Agentlik həmçinin, C. Yellenin də öz vəzifəsində qala biləcəyini istisna etmir.

Xatırladaq ki, Ağ Evin mətbuat katibi Sara Sanders D. Trampın qərarını noyabrın 2-də açıqlayacağını bəyan edib.