FED-in yeni rəhbəri növbəti həftə bilinəcək

FED-in yeni rəhbəri növbəti həftə bilinəcək
Oxunma sayı: 518

ABŞ prezidenti Donald Tramp növbəti həftə Federal Ehtiyatlar Sisteminin (FED) yeni rəhbərini təyin edəcək.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders ənənəvi olaraq jurnalistlərlə keçirdiyi brifinqdə söyləyib.

 “Təsdiq edə bilərəm ki, prezident növbəti həftə Federal Ehtiyatlar Sisteminə yeni rəhbər təyin edəcək”, -deyə Sanders vurğulayıb.

 Donald Tramp ötən həftə qurum rəhbərliyinə 5 nəfərin namizədliyini nəzərdən keçirdiyini bildirib.

 Qeyd edək ki, prezident tərəfindən təyin edilən namizəd Senat tərəfindən də təsdiqlənməlidir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi