FED uçot dərəcəsini artırdı

fed-ucot-derecesini-artirdi
Oxunma sayı: 2858

Bu gün ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iclası yekunlaşıb.

“Qafqazinfo” xəbər verir ki, FED uçot dərəcəsini gözlənildiyi kimi 0,25 faiz artıraraq 1,75 - 2 səviyyəsinə yüksəldib. Bu, il ərzində ikinci faiz artımı olub.

Bundan əvvəl martın 21-də uçot dərəcəsi 1,5 – 1,75 səviyyəsinə qaldırılmışdı. 2 mayda isə bu göstərici sabit saxlanılmışdı.