Fədayə Laçından nə xəbər?

Fədayə Laçından nə xəbər?
Oxunma sayı: 2519

Bakıda 2 məhbusun qaçmasında təqsirləndirilərək həbs edilən müğənni Fədayə Laçın vəkili ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında F.Laçının vəkili Türkel Süleymanlı deyib.

Vəkil bildirib ki, görüş zamanı F.Laçının səhhəti ilə maraqlanıb: “Səhhəti yaxşı deyil. Bildiyiniz kimi, o, hepatit xəstəliyindən əziyyət çəkir. Ağırlaşma yoxdur, amma yaxşı da deyil. Saxlanma şəraiti normaldır, şikayəti yoxdur”.

Vəkil bildirib ki, F.Laçının müalicə müəssisəsinə köçürülməsi üçün gələn həftə müraciət edəcək: “Biz gözləyirdik ki, istintaq hərtəkətləri ilə bağlı nəsə olsun. Uzun müddət idi ki, Fədayə Laçınla bağlı istintaq hərəkətləri aparılmırdı. Gələn həftə bəzi məsələlərlə bağlı müraciət edəcəyik”.

Xatırladaq ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanılan cinayət işi üzrə Fədayə Məmmədova (Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə F.Laçın barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi