Fədayə Laçının həbsdən fotosu yayıldı

fedaye-lacinin-hebsden-fotosu-yayildi
Oxunma sayı: 7408

Həbsdə olan müğənni Fədayə Laçının fotosu yayılıb. 

“Qafqazinfo” ONA-ya istinadən hazırda Bakı Apellyasiya Məhkəməsində cinayət işi araşdırılan müğənninin məhkəmə zalında çəkilmiş fotosunu təqdim edir.

Qeyd edək ki, F. Laçın xüsusi təyinatlı vaqondan məhbusların qaçmasına kömək etməkdə təqsirləndirilir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F. Laçın 5 il müddətinə azadlıqdan məhrum olunub.

Hökmdən narazı qalan müğənni Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Hazırda F. Laçın və onunla birlikdə həbs olunan digər şəxslərin apellyasiya şikayətinə baxılır.