Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dustaqlar - "Qoca" ləqəbli avtoritet Etibar Məmmədov və Əli Ağaminin vaqondan qaçmasına görə təqsirləndirilənlərin məhkəməsi keçirilib.
"Qafqazinfo"nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Azad Məcidovun icraatında olan prosesdə vəkillər müdafiə çıxışı ediblər.
Müğənni Fədayə Laçının vəkilləri onun səhhətinin ağır olduğunu deyərək yüngül cəza verilməsini istəyiblər.
Proses davam edir. Hazırda digər təqsirləndirilən şəxslərin vəkilləri çıxış edir.
Qeyd edək ki, dövlət ittihamçısı Orxan Kəngərli çıxışında F.Laçının 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Murad Əhməd