Federasiya israilli cüdoçu ilə bağlı məlumat yaydı

federasiya-israilli-cudocu-ile-bagli-melumat-yaydi
Oxunma sayı: 730


Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş “Grand Slam” beynəlxalq cüdo turnirindən sonra keçirilən təlim-məşq toplantısında bir sıra ölkələrin cüdoçuları o cümlədən İsrail idmançıları da iştirak ediblər. 

Azərbaycan Cüdo Federasiyası tərəfindən Elis Şlezingerə milli komandaya dəvətlə bağlı heç bir təklif edilməmiş və gələcək planlarda da nəzərdə tutulmayıb.

Bir daha KİV və mətbuat nümayəndələrindən Azərbaycan cüdosu ilə bağlı məlumatları yayarkən Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinad etmələrini xahiş edirik.