Federasiya prezidenti qadın futbolçulara qarşı zorakılıqda günahlandırılır

federasiya-prezidenti-qadin-futbolculara-qarsi-zorakiliqda-gunahlandirilir
Oxunma sayı: 1124

Əfqanıstan Futbol Federasiyasının prezidenti Keramuddin Kərim və başqa 5 məmur qadınlardan ibarət milli komandanın üzvlərinə qarşı seksual zorakılıqda şübhəli bilinir. “Qafqazinfo” xəbər verir ki, həmin funksionerlər artıq vəzifəsindən uzaqlaşdırılıb. 

Bildirilir ki, məmurlar futbolçulara qarşı etdikləri hərəkətlərinin aşkara çıxmaması üçün onlara həm fiziki təzyiq göstərib, həm də pul veriblər. Lakin federasiyanın qadın futbolçulara nəzarət departamentinin rəhbəri Xalida Popal  ölkəni tərk edib. 

O, açıqlama verərək bunları deyib: “Məmurlar komandaya məşqçi adı ilə iki kişi göndərmişdilər. Həmin məşqçilər də qızlara söz atırdı və təzyiq göstərirdi. Bilirdilər ki, məmur olduqlarına görə qadın futbolçular susacaq. Mən onlara etiraz etdim və bildirdim ki, sizdən şikayət edəcəm”. 

Əfqanıstan Futbol Federasiyası isə Popalın ittihamlarını rədd edib. Amma Əfqanıstan hökuməti araşdırmalara başlayıb. FİFA da bu məsələdə hökumətə dəstək olacağını bildirib.