Federasiyanın vitse-prezidenti Bakıdadır

federasiyanin-vitse-prezidenti-bakidadir
Oxunma sayı: 635

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının “Qafqazinfo”ya verdiyi məlumata görə, səfər zamanı A.Y.Pirantinski Azərbaycan Milli Olimpiya Komitəsində, Azərbaycan Gənclər və İdman Nazirliyində, həmçinin Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasında bir sıra işgüzar görüşlər keçirəcək. Səfər proqramı çərçivəsində onun qayayadırmanma idman növü üzrə hakimlərə, təlimçilərə və idmançılara bir neçə master-klass keçəcəyi də nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası 2010-cu ilin əvvəlindən Beynəlxalq İdman Qayayadırmanma Federasiyasının üzvüdür. Federasiya 2013-cü ildə Qayayadırmanma üzrə Dünya Kubokunun mərhələ yarışlarının Bakıda keçirilməsi üçün Beynəlxalq İdman Qayayadırmanma Federasiyasına müraciət edib və bu müraciətə müsbət istiqamətdə baxılır.