Fəhlə bazarında partlayış oldu

fehle-bazarinda-partlayis-oldu
Oxunma sayı: 1240

İraqın paytaxtı Bağdadda ard-arda iki partlayış olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə fəhlələrin günlük iş tapmaq üçün toplaşdığı Əl-Təyaran Meydanında baş verib. Məlumata görə, hücum nəticəsində 26 nəfər ölüb, 90 nəfər yaralanıb.

Hadisənin təfərrüatları araşdırılır.

Aysel Kərimova