Fəhlə dağıntı altında qaldı - Masallıda faciəli ölüm

fehle-daginti-altinda-qaldi
Oxunma sayı: 2091

Masallı rayonunda bədbəxt hadisə baş verib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə Masallının Qızılavar kəndində qeydə alınıb.

Kənd sakini Dilşad Şahbazovaya məxsus köhnə hamamı sökən Kolatan kənd sakini, 1980-ci il təvəllüdlü Ramil Əliyev dağıntının altında qalaraq faciəli şəkildə ölüb.

Faktla bağlı araşdırma aparılır.