Fəhlə tikə-tikə oldu

fehle-tike-tike-oldu
Oxunma sayı: 654

Qaradağ rayon prokurorunun köməkçisi Araz Qasımovun ANS PRESS-ə verdiyi məlumata görə, hadisə dünən axşam saat 20:00 radələrində Qızıldaş qəsəbəsi yaxınlığında yerləşən mişar daşı karxanasında baş verib. Belə ki, karxanada işləyən Şamaxı rayon sakini, 44 yaşlı Tofiq Aslan oğlu Sailov daş kəsən kombaynın valının arasına yıxılıb. Nəticədə 44 yaşlı kişi fəaliyyətdə olan valın arasında qalıb. Onun bədəni bir neçə hissəyə bölünüb.

Qeyd edək ki, Tofiq Sailov ailəli olub və onun 3 azyaşlı uşağı olub. İlkin ehtimala görə, hadisə ehtiyatsızlıqdan baş verib.

Faktla bağlı araşdırma aparılır.