Fəhlələr 100 minlik tarixi sikkələr tapdı - Foto

fehleler-100-minlik-tarixi-sikkeler-tapdi
Oxunma sayı: 3872

Fransanın şimal-qərbində Bretonya bölgəsində dağıdılan boş evdən qızıl pullar tapılıb.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, Fransanın Bretonya bölgəsində bir evin dağıdılması zamanı fəhlələr anbardan 600 ədəd qızıl sikkə tapıblar.

Pulların 1870-ci illərə aid olduğu və Belçika Kralı II Leopoldun rəsminin olduğu qeyd edilir.

Sikkələrin təxminən 100 min avro dəyərində olduğu təxmin edilir.