Fəhlələri daşıyan mikroavtobus yandı - 9 nəfər xəsarət aldı + Fotolar

fehleleri-dasiyan-mikroavtobus-yandi
Oxunma sayı: 1410

Bərdə rayonunun Şahvəlilər kəndi ərazisində fəhlələri daşıyan mikroavtobus yanıb.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, 1981-ci il təvəllüdlü Anar Nəbiyevin  idarə etdiyi “RAF” markalı 66 BC 806 qeydiyyat nişanlı mikroavtobusun yanması nəticəsində 9 nəfər xəsarət alıb.

58 yaşlı Səfərova Səlbinaz, 58 yaşlı Şərifova Gilə, 48 yaşlı Məmmədova Həlimə, 41 yaşlı Məmmədova Rəna,  40 yaşlı Hacıyeva Şəkurə, 27 yaşlı Rəhimov Elmir, 26 yaşlı Məmmədova Elnar, 16 yaşlı Məmmədova Aişə və Elnur Məmmədov Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Elnur Məmmədovun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.