Fələstin ABŞ-la bütün rəsmi əlaqələri dondurdu

felestin-abs-la-butun-resmi-elaqeleri-dondurdu
Oxunma sayı: 1031

Fələstin hökuməti Vaşinqtonla bütün rəsmi əlaqələri dondurub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Fələstinin bu addımı Tramp administrasiyasının ABŞ-dakı Fələstin Azadlıq Təşkilatının bağlanması ilə bağlı təhdidinə cavabdır. 

Bu barədə Fələstinin xarici işlər naziri Riyad əl-Maliki danışıb: “Onlarla hər hansı görüş keçirməyin nə əhəmiyyəti var, əgər bizim ofisi bağlayırlarsa?”.