Fələstin ABŞ vitse-prezidentini qəbul etməkdən imtina edib

felestin-abs-vitse-prezidentini-qebul-etmekden-imtina-edib
Oxunma sayı: 1407

Fələstin hökuməti ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasına etiraz olraq vitse-prezident Maykl Penslə görüşməkdən imtina edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə yerli “Maan” agentliyi məlumat yayıb.

Pensin dekabrda İsrailə səfəri olacaq. Bu səfər zamanı onun Fələstin tərəfi ilə də görüşü baş tutmalı idi.

“Biz ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasına etiraz olaraq vitse-prezidenti qəbul etməkdən imtina edirik”, deyə FƏTH Mərkəzi Komitəsinin üzvü Cəbril Racib bildirib.