Fələstin daha 4 ölkədəki səfirini geri çağırdı

felestin-daha-4-olkedeki-sefirini-geri-cagirdi
Oxunma sayı: 1883

Fələstin dörd Avropa ölkəsindəki səfirlərini məsləhətləşmə danışıqları üçün geri çağırıb.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, bunu Fələstin Xarici işlər nazirinin müavini Teysir Ceradat deyib.

Məlumata görə, ABŞ-ın İsrail tərəfindən işğal edilən Fələstin torpağı olan Qüdsdə səfirliyinin açılışında iştirak edən Avstriya, Macarıstan, Rumıniya və Çexiyaya etiraz olaraq bu ölkələrdəki səfirlər geri çağırılıb.

Qeyd edək ki, bu gün Fələstinin Vaşinqtondakı səfiri də Fələstinə qayıdıb.