Fələstin hökuməti milli valyuta yaradacaq

Fələstin hökuməti milli valyuta yaradacaq
Oxunma sayı: 646

Fələstin hökuməti daxili bazarda işğalçı İsrail valyutası olan şekeldən istifadəyə son qoymaq üçün işə başladığını açıqlayıb.

“Qafqazinfo” Maide-yə istinadən xəbər verir ki, şekeldən başqa bir valyutadan istifadəyə keçilməsi üçün bir komitə yaradılıb.

Hazırda həmin komitə Fələstinin milli valyutasını formalaşdırmaq imkanının araşdırılmasını aparır.

Fələstin hökumətinin ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin “paytaxtı” kimi tanımasına cavab  olaraq verdiyi qərarlardan biri də məhz ölkəsinin milli valyutasının yaradılmasıdır.

Hökumətin maliyyə müşaviri və bankir olan Muhəmməd Səlami Türkiyənin  Anadolu Agentliyinin müxbirinə verdiyi açıqlamasında bildirib ki, Fələstin hökumətinin milli bir formul qəbul etmək istəməsinə baxmayaraq, hazırda bunun gerçəkləşməsi bir qədər çətin görünür:

“Fələstin maliyyə bazarının bunun üçün zamana ehtiyacı var və gündəlik əməliyyatlarda işlənən bir valyutanı dəyişdirmək bəsit bir addım deyil. İsrail valyutası olan şekeldən imtina etmək bizim üçün çox vacibdir. Ancaq buna alternativ olaraq İordaniya dinarını dövriyyə gətirmək üçün zəmin hazırlanmalıdır. Fələstinin maliyyə bazarında gündəlik əməliyyatlarda dollardan istifadə edilməsi də praktik bir çözüm deyil”.

Qeyd edək ki, Fələstin hökuməti ilə İsrail arasında 1994-cü ildə imzalanan Paris İqtisadi Protokoluna görə, Fələstin maliyyə bazarında ABŞ dolları, İordaniya dinarı, işğalçı rejimin şekeli və Avropa Birliyi dövlətlərinin ortaq valyutası olan avro istifadə olunur. Ancaq Fələstinin valyuta bazarında gündəlik ticarət əməliyyatlarında əsas valyuta şekeldir. Özəl sektor başda olmaqla işçilərin böyük əksəriyyətinin maaşları şekellə verilir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi