Fələstin İsraili Haaqa məhkəməsinə verdi

felestin-israili-haaqa-mehkemesine-verdi
Oxunma sayı: 753

Fələstin ölkədəki situasiya ilə bağlı araşdırmaya başlaması üçün Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Haaqada mətbuat konfransında çıxışında Fələstinin xarici işlər naziri Riyad əl Maliki məlumat verib. 

Maliki bildirib ki, prokurorda dərhal araşdırmaya başlaması üçün kifayət qədər mübahisəsiz sübutlar var. 

Nazir əlavə edib ki, araşdırma 2014-cü ildən indiki zamana qədərki situasiyaları əhatə edəcək. Əsas diqqət isə Fələstin torpaqlarında İsrail qəsəbələrinin tikintisinə ayrılacaq. 

Buna cavab olaraq İsrail XİN-i bəyan edib ki, Fələstinin Haaqa Beynəlxalq Məhkəməsinə müraciəti heç bir hüquqi qüvvə daşımır.