Fələstin prezidenti Roma papasına zəng edib

felestin-prezidenti-roma-papasina-zeng-edib
Oxunma sayı: 1147

Roma papası Fransisk Fələstin prezidenti Mahmud Abbasla telefonda danışıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Vatikan bildirib ki, danışıqlar Abbasın təşəbbüsü ilə baş tutub. 

Qeyd edək ki, daha əvvəl Mahmud Abbas bir sıra dünya liderlərini Qüds ətrafındakı situasiyaya qarışmağa və səfirliyini Tel-Əvivdən Qüdsə köçürməyi planlaşdıran Vaşinqtonun mövqeyinə təsir etməyə çağırmışdı.

Xatırladaq ki, İsrail Qüdsü ölkənin paytaxtı elan edib və ABŞ prezidenti də bu qərarı tanıdığını açıqlayıb.