Fələstin UNESCO-ya tamhüquqlu üzv seçildi

felestin-unesco-ya-tamhuquqlu-uzv-secildi
Oxunma sayı: 679

“Qafqazinfo”nun məlumatına görə, Fələstinin təşkilata üzv olması üçün Rusiya, Braziliya, Çin, Hindistan, CAR və Fransa da daxil olmaqla 107 ölkə lehinə səs verib. ABŞ, Kanada və Almaniya da daxil olmaqla 14 ölkə əleyhinə, Britaniyanın da daxil olduğu 52 dövlət isə bitərəf qalıb.

Fələstin muxtariyyatı UNESCO-nun 195-ci üzvü olmaqla yanaşı, UNESCO BMT-də muxtariyyata rəsmən tamhüquqlu üzvlük verən ilk təşkilat oldu.
Qeyd edək ki, İsrail dövləti Fələstinin təşkilata üzv seçiləcəyi təqdirdə UNESCO-nu maliyyələşdirməkdən imtina edəcəyini bildirmişdi.



Səidə