Fələstində matəm elan edildi

felestinde-matem-elan-edildi
Oxunma sayı: 2144

İşğalçı İsrail əsgərlərinin Qəzzada 52 nəfəri qətlə yetirməsi, 2410 nəfəri yaralaması ilə əlaqədar ölkədə 3 günlük matəm elan edilib.

“Qafqazinfo” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Fələstin rəhbəri Mahmud Abbas xalqa müraciətində məlumat verib.

M.Abbas dünya ictimaiyyətinə də səslənərək törədilən qırğına reaksiya göstərmələrini istəyib. O, sözlərinə əlavə edib ki, Fələstin xalqı mübarizəsini dayandırmayacaq və bu, müstəqil dövlət qurulana qədər davam edəcək.

Qeyd edək ki, fələstinlilər Qəzza ilə İsrail sərhədinə toplaşaraq ABŞ-ın Qüdsdə səfirlik açmasına etiraz edir.