Fələstindən qətliama göz yumanlara çağırış

felestinden-qetliama-goz-yumanlara-cagiris
Oxunma sayı: 1768

Fələstin hökuməti İsrail rejiminin Qəzzada törətdiyi kütləvi qətliama görə dünya ictimaiyyətinə səslənib.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Fələstin vəhşiliklərə səssiz qalan dövlətlərə çağırış edərək ortaya mövqe qoymalarını və qətliamı dayandırmaq üçün İsrailə təzyiqlər edilməsini istəyib

Hökumət sözcüsü Yusif əl-Mahmud Fələstin xalqının təhlükəsizliyinin təmin edilməsi üçün dəstək istəyib.

Qeyd edək ki, bu gün İsrail əsgərləri 49 fələstinlini şəhid edib. 1700-ə yaxın isə yaralı var.