Fələstindən sərt addım - İsraillə bütün əlaqələri kəsdi

felestinden-sert-addim
Oxunma sayı: 654

Fələstin prezidenti Mahmud Abbas İsrailin Qüdsdə törətdiyi cinayətlər barədə danışıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, M.Abbas 1 həftə öncə “Məscidi-Əqsa”da baş verən atışmanın son iki gündə qətliama çevrildiyini bildirib.

Buna görə də İsraillə bütün rəsmi əlaqələrin dayandırılması qərara alınıb. O, “Məscidi-Əqsa”ya girişdə quraşdırılan sədlərin götürüləcəyi vaxta qədər bu qərarın qüvvədə olacağını bildirib.

Qeyd edək ki, bu gün Qüdsdə İsrail polisi 3 fələstinlini öldürüb, 150-dən vətəndaşı isə yaralayıb.