Fələstinin Azərbaycandakı səfiri ADU-da

felestinin-azerbaycandaki-sefiri-adu-da-
Oxunma sayı: 643

Bu gün Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili, professor Səməd Seyidov Fələstinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nasir Əbdül Kərəm A.Rəhim ilə görüşüb. ADU-nun mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, rektor S. Seyidov qarşıdan gələn yeni tədris ilində ADU-ya qəbulun 50% artdığını səfirin diqqətinə çatdırıb. O, Universitetdə Qərb dilləri ilə yanaşı, Şərq ölkələrinin dillərinin də tədris olunduğunu deyib. Rektor həmçinin rəhbərlik etdiyi ali təhsil ocağında 2011-2012-ci tədris ilində Ərəbşünaslıq ixtisasının açıldığını xatırladıb, ADU-da bu istiqamət üzrə artıq 10 tələbələnin təhsil
aldığını bildirib. Səfiri Ərəbşünas tələbələrlə görüşmək məqsədilə yeni tədris ilində bir daha ADU-ya dəvət edib.
Səfir Nasir Əbdül Kərəm A. Rəhim, öz növbəsində, ADU-nun Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsində Ərəbşünaslıq ixtisası üzrə təhsil alan tələbələrlə tanışlıq və ünsiyyətdən maraqlı olduğunu söyləyib. Səfir yeni dərs ilində tələbələrə mühazirə oxumaqdan məmnunluğunu dilə gətirib.

Nigar Məmmədli