Fələstinin baş naziri istefa verib

felestinin-bas-naziri-istefa-verib
Oxunma sayı: 642

Məlumatda deyilir ki, Fəyyadın istefa verməsinin səbəbi onun Mahmud Abbasla dövlət siyasətinin əsas istiqamətlərində yaranmış böyük fikir ayrılığı olub. Müşahidəçilərin fikrincə, həmin fikir ayrılığı o həddə çatmışdır ki, hətta prezident onu məcburən istefaya göndərə bilərdi.

Aprelin əvvəlındə Salam Fəyyad mədə ağrıları ilə xəstəxanaya yerləşdirilib. Müayinədən sonra Fəyyad iş fəaliyyətinə davam etmişdi.
Mahmud Abbasın bu gün İordaniyadan qayıdacağı gözlənilir.