Fələstinin müstəqilliyin tanınması üçün danışıqlar başlayır

felestinin-musteqilliyin-taninmasi-ucun-danisiqlar-baslayir
Oxunma sayı: 666

“Qafqaznfo”nun “Reuters”ə istinadən əldə etdiyi məlumata görə, danışıqlar planı Fələstin rəsmiləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə İordan çayının qərb hissəsi ola Rammallahda keçirilən toplantı zamanı qərara alınıb. BMT Baş katibi Pan Ki Muna detalları barədə məlumat verilməyən məktub ünvanlanıb.
Xatırladaq ki, Fələstin lideri Mahmud Abbasın ölkənin müstəqilliyinin 1967-ci ilə qədərki sərhədləri çərçivəsində tanınması təklifinə ABŞ, veto qoyacağını bidlrimişdi.
Rəsmi Vaşinqton hesab etdiyini bildirib ki, Fələstin öz müstəqlliyinə İsraillə sülh danışıqları yolu ilə nail ola bilər.
Eyni zamanda, xəbər verilir ki, Həmasın Siyasi Bürosunun sədri Musa Əbu Mərzuk Rusiyanın Fələstinin müraciətini dəstəkləyəcini vəd etdiyini deyib.
Fələstinin müstəqilliyinə qarşı olmadığını deyən BMT-nin Baş katibi Pan Ki Mun məsələnin onun səlahiyyətində olmadığını, buna dövlətlərin sərbəst şəkildə qərar verməli olduğunu bildirib.