Fələstinli şagirdlər türk dili öyrənəcək

felestinli-sagirdler-turk-dili-oyrenecek
Oxunma sayı: 630

“Azerimuslims.com” xarici KİV-ə istinadən bildirir ki, növbəti dərs ilindən etibarən Fələstinin bütün məktəblərində türk dili ingilis dilindən sonra ikinci əcnəbi dil kimi tədris olunacaq.

Bu barədə məlumat verən Fələstinin Qəzzadakı Daxili İşlər Nazirliyinin rəsmisi Türkiyənin son illərdə ərəb və müsəlman dövlətləri üçün nümunəvi ölkə olduğunu, bir çox fələstinlinin yeni doğulan uşaqlarına Ərdoğan və Rəcəb adını qoyduqlarını deyib.

Bu arada Fələstinin Səhiyyə Nazirliyinin açıqlamasında İsrailin son hücumları zamanı yaralananların müalicə edilməsi məqsədilə türkiyəli həkimlərdən ibarət qrupun Rəfəh sərhəd-keçid məntəqəsindən Qəzzaya daxil olduğu bildirilib. Sərhədsiz Həkimlər Birliyinin ikinci sədri Kərəm Qınıq qafilədə 10 həkimin olduğu deyərək, təxminən 1500 fələstinli xəstənin və yaralanın müalicə ediləcəyini deyib.