Fələstinlilərə sərt müdaxilə - 1 ölü, 34 yaralı

felestinlilere-sert-mudaxile
Oxunma sayı: 1059

ABŞ-ın Qüds qərarı ilə bağlı Qəzzada etiraz aksiyası keçirən fələstinlilərə İsrail polisi sərt müdaxilə edib.

“Qafqazinfo” Anadolu agentliyinə istinadən xəbər verir ki, polislər etiraçılara dəmir və plastik mərmilərdən atəş açıblar.

Nəticədə 1 nəfər ölüb, 34 nəfər yaralanıb. Beləliklə, 2 gün ərzində yaralananların sayı 68-ə çatıb.

Bundan başqa, atılan qaz bombaları səbəbindən 178 nəfər boğulma təhlükəsi keçirib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp BMT Təhlükəsizlik Şurasının 1980-ci ildə qəbul etdiyi 478 saylı qətnaməni pozaraq Qüdsü rəsmən İsrailin paytaxtı kimi tanıyıb.