“Fendi”nin reklamındakı mahnını Nəsibə oxuyub - Video

fendinin-reklamindaki-mahnini-nesibe-oxuyub
Oxunma sayı: 5596

Dünyanın məşhur “Fendi” brendinin reklam çarxında səsləndirilən Azərbaycan mahnısı marağa səbəb olub.  Markanın instaqram səhifəsində paylaşılan videoda istifadə olunan bəstənin azərbaycanlı ifaçı tərəfindən səsləndirildiyi iddia edilib. 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, mahnını Özbəkistanın xalq artisti Nəsibə Abdullayeva oxuyub.  Reklam çarxında səsləndirilən “Bir gün mənə rəhmin gələcək” misrası isə onun "Fəridə" adlı mahnısındandır. 

Bu məqamda bildirək ki, Azərbaycan dilində ifa olunan mahnı 1983-cü ildə lentə alınıb.Nəsibə Abdullayeva həmin mahnını Səmərqənd ansamblınin müşayiəti ilə oxuyub.