“Fənər” işini sonraya saxladı,“Atletiko” məğlub oldu

fener-isini-sonraya-saxladiatletiko-meglub-oldu
Oxunma sayı: 639

“Qafqazinfo” xəbər verir ki, “Bate Borisov”la səfərdə oynayan “Fənərbaxça” 0-0 hesablı heç-heçə əldə edib. Görüşün 4-cü dəqiqəsində Raul Meyereleşin rəqibinə qarşı kobud oyunu, onun kariyerasında ikinci dəfə qırmızı vərəqə görməsi ilə nəticələnib.
Bu cütlüyün cavb oyunu fevralın 21-də “Şükrü Saracoğlu” stadionunda azarkeşsiz oynanılacaq. Çünki “Fənər”li azarkeşlər Avro Liqa oyunları zamanı etik qaydaları pozublar və buna görə də UEFA istanbullulara bir oyun azarkeşsiz oynamaq cəzası verib.

Bundan əlavə dünən ən maraqlı qarşılaşmalardan biri “Atletiko” Madridlə “Rubin” arasında olub. “ Rubin” səfərdə “Atletiko”nun qapısından 2 cavabsız top keçirib. Türk futbolçu Gökdəniz Qaradəniz “Atletiko”nun qapısından ilk qolu keçirərək həmyerlisi Arda Turanı məyus edib. Daha sonra basqa bir “Rubin” li Pablo Orbaiz komandasının 2-ci qolunu vurub. Avro Liqada qeydə alınan digər nəticələr isə belədir.


“Anji” 3 – 1“Hannover”
“Zenit”2-0 “Liverpul”
“Ayaks”2-0 “Stauya Buxarest”
“Bayer Leverkuzen”0-1 “Benfika”
“Dinamo Kiyev” 1-1 “Bordo”
“Levante”3-0 “Olimpiakos”
“Napoli” 0-3 “Viktoriya Pilzen”
“Sparta Praqa”0-1 “Çelsi”
“Bazel”2-0 “Dnipropetrovsk”
“İnter”2-0 “Klyuj”
“B.Münhenqladbax”3-3 “Latsio”
“Nyukasıl”0-0 “Metalist Xarkov”
“Ştutqart” 1-1 “Rasinq Genk”
“Totenhem”2-1 “Lion”

İqbal