“Fənərbağça” aşağı liqa təmsilçisi ilə bacarmadı - Video

fenerbagca-asagi-liqa-temsilcisi-ile-bacarmadi
Oxunma sayı: 1313

Türkiyə kubokunda 1/8 final mərhələsinin ilk oyunları keçirilir.

“Qafqazinfo” xəbər verir ki, bu mövsüm uğursuz nəticələr əldə edən və ölkə çempionatında son pillələrdə yer alan “Fənərbağça” səfərdə birinci liqa təmsilçisi “Ürmaniyespor”la qarşılaşıb.

İstanbul təmsilçisi zəif rəqibi ilə bacarmayıb və 0:1 hesabı ilə məğlub olub. Yeganə qolu 82-ci dəqiqədə Yasir Subaşı vurub.

"Fənərbağça" 47-ci dəqiqədən sonra 10 nəfər mübarizə aparıb. Elif Elmas qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

Qeyd edək ki, bu komandalar arasında cavab matçı 24 yanvarda keçiriləcək.