“Fənərbağça” “Beşiktaş”a rəqib oldu - Video

“Fənərbağça” “Beşiktaş”a rəqib oldu
Oxunma sayı: 995

Bu gün Türkiyə kubokunun ¼ final mərhələsində növbəti cavab oyunları keçirilib.

“Qafqazinfo” xəbər verir ki, “Fənərbağça” öz meydanında “Girəsunspor”u qəbul edib.

İstanbul təmsilçisi ilk matçda olduğu kimi 2-1 hesabı ilə qalib gəlib. Növbəti mərhələyə adlayan “Fənərbağça” yarımfinalda “Beşiktaş”la üzləşəcək.

Bu gün baş tutan digər matçda isə “Kayserispor” öz meydanında “Akhisar Gənclik Spor”la 2-2 bərabərə qalıb. Lakin, Akhisar təmsilçisi ilk matçdakı 1-0 hesablı qələbə sayəsində yarımfinala vəsiqə qazanıb.

“Fənərbağça” – “Girəsunspor” – 2:1

Qollar: 13 - Dialiba (0-1), 18 – Samed Karakoç (1-1), Atıf Şeyşu (2-1).


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi