“Fənərbağça” yeni məşqçi ilə də qalib gələ bilmədi - Video

fenerbagca-yeni-mesqci-ile-de-qalib-gele-bilmedi
Oxunma sayı: 1523

Türkiyə Superliqasında 16-cı tura yekun vurulub.

“Qafqazinfo” xəbər verir ki, turun son oyununda 17-ci pillədəki “Fənərbağça” 16-cı pillədə yer alan “Ərzurum BB”ni qəbul edib.

Uğursuz nəticələrdən sonra Ervin Kumanla yollarını ayıran İstanbul təmsilçisi yeni baş məşqçi Ərsun Yanalla ilk matçında da qələbə qazana bilməyib. İlk hissədə 2:0 hesabı ilə önə keçib “sarı-lacivərdlilər” bu üstünlüyü sona qədər qoruya bilməyib və oyun 2:2 hesabı ilə başa çatıb.

Bu matçdan sonra komandaların mövqeyində dəyişiklik olmayıb.

“Fənərbağça” - “Ərzurum BB" - 2:2

Qollar: Ayyu, 18 (1:0), Şkrtel, 27 (2:0), Əmrah Başsan, 48 (2:1), Lennart, 90+1 (2:2)