“Fənərbağça”dan əzmkar qələbə - Video

fenerbagcadan-ezmkar-qelebe
Oxunma sayı: 3439

Türkiyə Super Liqasında 1-ci turun oyunları davam edir.

“Qafqazinfo” xəbər verir ki, “Fənərbağça” öz meydanında “Bursaspor”la qarşılaşıb.

3 qolun vurulduğu matçın taleyi ilk hissədə həll olunub. “Sarı-lacivərdlilər öncə hesabda geri düşsə də, sonrada vurduğu qolla əzmkar qələbə qazanıb.

Qeyd edək ki, dünən keçirilən digər 2 oyunda “Rizəspor” doğma meydanda “Kasımpaşa”ya uduzub, “Sivasspor”isə “Alanyaspor”u məğlub edib.

Turun 10 avqustda keçirilən ilk matçında isə “Qalatasaray” səfərdə “Ankaragücü”nü 3:1 hesabı ilə məğlub etmişdi.

11 avqust

“Fənərbağça” – “Bursaspor” - 2:1

Qol: Julyano, 22-pen. Souza, 30 – Ekonq, 16.

“Rizəspor” – “Kasımpaşa” - 2:3

Qol: Samu, 33. R.Yalçın, 55 – Mbaye, 75-pen. T.Serbest, 81. A.Xalili, 90.

“Sivaspor” – “Alanyaspor” - 1:0

Qol: E.Kılınc, 84.

10 avqust

“Ankaragücü” – “Qalatasaray” - 1:3

Qol: Əl Kabir, 7 - S.Aziz, 22. Kone, 30-öz qapısına. E.Derdiyok, 90.