“Fənərbağça”dan liderə ağır zərbə - Video

“Fənərbağça”dan liderə ağır zərbə
Oxunma sayı: 2189

Türkiyə çempionatında 21-ci turun oyunları davam edir.

“Qafqazinfo” xəbər verir ki, turun mərkəzi qarşılaşması lider “Başakşəhər”lə 4-cü pillədəki “Fənərbağça” arasında baş tutub.

“Fənərbağça” güclü rəqibi qarşısında üstün oyun nümayiş etdirib və çətin səfərdə 2-0 qalib ayrılıb.

“Sarı-lacivərdlilər” bu qələbə sayəsində 1 gün sonra yenidən 3-cü pilləyə qayıdıb.

Lider “Başakşəhər” isə çempionluq yolunda ağır zərbə alıb. İkinci pillədəki “Qalatasaray” sabah qalib gəlsə liderlik əldən gedəcək.

“Başakşəhər” – “Fənərbağça” – 0:2

Qollar: 32, 56 - Fernandao


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi