“Fənərbağça”nın futbolçusu karyerasına fasilə verdi

fenerbagcanin-futbolcusu-karyerasina-fasile-verdi
Oxunma sayı: 1913

“Fənərbağça”nın isveçli futbolçusu Andreas Kilit karyerasını başa vurub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

19 yaşlı mərkəz müdafiəçisi həkimlərin tövsiyəsi ilə karyerasına bir müddətlik fasilə vermək məcburiyyətində qalıb. Futbolçu klubun saytına verdiyi açıqlamada futbolçu kimi olmasa da, bir gün “Fənərbağça”ya məşqçi kimi qayıtmağı arzuladığını bildirib.

Qeyd edək ki, “Fənərbağça” Kiliti İsveçin “Yönköpinqs” klubundan 1,5 illik icarəyə götürmüşdü. O, “sarı-lacivərdlilər”in B komandasında çıxış edirdi.