“Fənərbaxça” azarkeşləri üsyan edir - “Onlar getsin”

fenerbaxca-azarkesleri-usyan-edir
Oxunma sayı: 1584

Türkiyə Kubokunda “Ümrayinəspor”a uduzan “Fənərbaxça”da vəziyyət getdikcə pisləşir. “Qafqazinfo” xəbər verir ki, komandanın uğursuz nəticələri azarkeşlərin ciddi etirazlarına səbəb olub. 

Dünən keçirilən matçda İstanbul klubunun hücumçusu İslam Slimanini fitə basan fanatlar sosial şəbəkələr üzərindən də narazılıqlarını ifadə ediblər. 

Onlar rəhbərliyin transferlər etməməsindən razı olmadıqlarını dilə gətiriblər. Ən çox isə Benzia, Slimani, Elif Elmas kimi futbolçuların getməsini istədiklərini yazıblar.